EDDE Global
Dövlət Proqramı bələdçisiEDDE Global · müstəqil məlumat aləti

Dövlət Proqramı bələdçisi · 2026/27 məlumatları əsasında

Dövlət hesabına xaricdə təhsil: sən uyğunsan?

"Xaricdə təhsil üzrə Dövlət Proqramı" (2022–2028) təhsil haqqını, aylıq yaşayışı, vizanı, sığortanı və aviabileti ödəyir. 2 dəqiqəlik testlə uyğunluğunu yoxla, sənə uyğun proqramları tap, dövlətin sənin üçün təxminən nə qədər ödəyəcəyini hesabla.

Ödənişsiz test4 100+ proqram2 252 qəbul olunanın statistikası

Bu, EDDE Global-ın müstəqil məlumat alətidir; Elm və Təhsil Nazirliyi və ya DPİQ ilə əlaqəli deyil. Rəsmi məlumat və müraciət: dp.edu.az.

Proqram necə işləyir?

Ən vacib qayda: dövlət sənə universitet tapmır. Əvvəl özün siyahıdakı universitetə qəbul alırsan, sonra dövlət xərcləri öz üzərinə götürür.

  1. Siyahıdan universitet və proqram seç2026/27 siyahısında 15 sahə üzrə ~4 100 proqram var. Siyahıda olmayan proqram maliyyələşmir.

  2. Universitetə müraciət et və qəbul alMüraciətlər adətən noyabr–mart aylarında olur. Şərtli qəbul yalnız müəyyən hallarda keçir.

  3. C1 səviyyəli dil sertifikatıIELTS (7.0+), TOEFL iBT (5.0+, yeni 1–6 şkala), Duolingo (130+) və s. Bakalavrda IB / A-level / AP nəticəsi varsa tələb olunmur.

  4. portal.edu.az-da Dövlət Proqramına müraciətaprel–iyunSənədlər PDF formatında yüklənir. 2026/27 üçün son tarix 05.06.2026 idi.

  5. MüsahibəKomissiya ixtisas biliyini, məntiqi düşüncəni və ünsiyyəti qiymətləndirir. Keçid balı 50 baldan 40-dır.

  6. Müqavilə və maliyyələşməTəhsil haqqı, aylıq yaşayış, viza, tibbi sığorta, aviabilet və bank xərcləri ödənilir.

Uyğunluq testi

8 suala cavab ver, hansı tələbləri artıq ödədiyini və nəyin çatışmadığını gör. Heç bir şəxsi məlumat soruşulmur.

1. Hansı pillədə oxumaq istəyirsən?
2. Hansı ixtisasda oxumaq istəyirsən?Dövlət Proqramı yalnız prioritet ixtisasları maliyyələşdirir. İxtisasa görə siyahıda neçə proqram olduğunu və indiyədək neçə nəfərin qəbul olunduğunu göstərəcəyik.
3. Hazırkı vəziyyətin
Bəzi universitetlər attestatın orta balına baxır.
3. Hazırkı vəziyyətin
3. Hazırkı vəziyyətin
4. Hansı nəticələrin var?Hamısını işarələ. DP üçün biri kifayətdir, amma universitetlər fərqli nəticə istəyir. DİM: texniki, təbiət, səhiyyə, kənd təsərrüfatı sahələrində ən azı 400, digərlərində 550.
DİM tələb olunmur, müsahibədən azadsan, yerlər əvvəl olimpiadaçılara verilir.
4. Bakalavr üzrə orta bal (ÜOMG, 100 ballıq)Tələb: ən azı 81. "Yüksəliş" müsabiqəsinin qalibləri bu tələbdən azaddır.
4. Doktorantura şərtləriDoktorantlar üçün əlavə tələblər
5. Dil sertifikatınTədris dilində ən azı C1 səviyyəsi lazımdır. PTE siyahıda yoxdur.
6. Xarici universitetə qəbulun var?
7. Təhsil forması
8. Hədəf ölkən

Proqram axtarışı

2026/27 tədris ili üçün Dövlət Proqramının siyahısı. Hər universitetin yanında 2022–2028 proqramı çərçivəsində ora neçə nəfərin təhsil hüququ qazandığı göstərilir.

Qeyd: dünya reytinqində (THE/QS/ARWU) ilk 10-da olan universitetlərin siyahıda olmayan proqramları da qəbul olunur (UCL istisnadır) — məsələn, hüquq yalnız bu yolla mümkündür. "Mədəniyyət və incəsənət" üzrə ayrıca 18 qurum var: Juilliard, Royal College of Music, Royal Academy of Music, Guildhall, NFTS, Goldsmiths, Liszt Academy və s. Siyahı hər il yenilənir; müraciətdən əvvəl rəsmi PDF-i yoxlayın.

Maliyyə kalkulyatoru

Aylıq yaşayış normaları Nazirlər Kabinetinin 218 nömrəli qərarına görədir. Təhsil haqqını öz proqramına görə yaz.

Bilmirsənsə, boş burax: yalnız yaşayış hesablanacaq.

Kim, harada oxuyur? (2022–2028 proqramı)

dp.edu.az-da dərc olunan "təhsil almaq hüququ qazanan iştirakçılar" siyahısı əsasında (2 252 nəfər).

Ölkələr

Ən çox seçilən universitetlər

Magistraturada populyar ixtisaslar

Bakalavrda populyar ixtisaslar

Bilmək lazımdır

Müraciətdən əvvəl ən çox soruşulan 6 məqam. Ətraflı: aşağıdakı suallar bölməsi və dp.edu.az.

Hansı dil sertifikatı keçir?Tədris dilində C1: IELTS 7.0+, TOEFL iBT 5.0+ (yeni 1–6 şkala), Duolingo 130+ və ya digər C1. IB / A-level / AP varsa, bakalavrda sertifikat tələb olunmur.
Şərtsiz qəbul nədir?DP-yə son məktub şərtsiz (unconditional offer) olmalıdır. Şərtli qəbul yalnız bəzi hallarda keçir; dil şərti olan məktub keçmir.
Top-10 istisnasıDünya reytinqində (THE, QS, ARWU) ilk 10-luqdakı universitetlərin siyahıda olmayan proqramları da maliyyələşir (UCL istisna).
Müsahibə həlledicidirSənədlər qəbul olunandan sonra müsahibə olur: ixtisas, motivasiya və gələcək planların soruşulur. Beynəlxalq olimpiada medalçıları müsahibədən azaddır.
Foundation maliyyələşmirHazırlıq (foundation) və dil kursları ödənilmir. Proqram yalnız siyahıdakı əyani bakalavr, magistr və doktorantura proqramlarını əhatə edir.
Hərbi sənədKişi namizədlər hərbi bilet və ya möhlət arayışı (ASAN xidmət) təqdim edir. Bu sənədi vaxtında hazırla.

Sentyabr 2027 üçün təqvim

Tarixlər keçən illərin təcrübəsinə əsaslanır və təxminidir; rəsmi elanı dp.edu.az-da izləyin.

  1. İNDİ – DEKABR 2026Universitet və proqram seçimi, IELTS / TOEFL hazırlığı

    Siyahıdan 3–5 proqram seç, C1 üçün dil hazırlığına başla.

  2. NOYABR 2026 – MART 2027Universitetlərə müraciət

    Motivasiya məktubu, CV, tövsiyələr. Məqsəd: qəbul məktubu almaq.

  3. MART – APREL 2027DP sənədlərinin hazırlığı

    2 tövsiyə məktubu (Nazirliyə ünvanlı), sağlamlıq arayışı (AZS-086/1), hərbi sənəd, transkript (ÜOMG), dil sertifikatı.

  4. APREL – İYUN 2027Dövlət Proqramına müraciət (portal.edu.az)

    Elan çıxan kimi sənədləri PDF formatında yüklə. 2026-da son tarix 5 iyun idi.

  5. İYUN – AVQUST 2027Müsahibə, nəticə, müqavilə və viza

    Müsahibəyə hazırlaş: ixtisas, motivasiya, gələcək planların.

  6. SENTYABR 2027Təhsilə başlanğıc

    Təqaüd kartı aktivləşir, aylıq yaşayış xərcləri ödənilir.

EDDE Global bu yolun hansı hissəsində kömək edir?

QəbulSiyahıdan sənə uyğun universitet və proqram seçimi, müraciət, motivasiya məktubu, CV, qəbul məktubu.
C1 dil hazırlığıEDDE Academy-də IELTS, TOEFL, Duolingo hazırlığı: hədəf bala görə plan.
DP sənədləri və müsahibəSənədlərin yoxlanması, tövsiyə məktubu strukturu, müsahibə məşqi.
2018ildən fəaliyyət
400+partnyor universitet
British Councilüzv və sertifikatlı agent
ICEFAgency Status (IAS)

Yol xəritən hazırdır!

PDF faylı yükləndi. Məsləhətçimiz tezliklə səninlə əlaqə saxlayacaq və növbəti addımları birlikdə planlaşdıracağıq.

Şəxsi yol xəritəni al (PDF)

Testi keçdikdən sonra adına hazırlanmış PDF: uyğunluq nəticən, sənə uyğun universitetlər, sənəd siyahısı və aylara görə plan. Məsləhətçimiz də səninlə əlaqə saxlayacaq.

Əvvəlcə uyğunluq testini keç PDF yol xəritəsi sənin test nəticənə görə hazırlanır: uyğunluq faizi, universitet yolları və sənəd siyahısı. Test 2 dəqiqə çəkir. Testə başla →

Tez-tez verilən suallar

Dövlət mənə universitet tapır?

Xeyr. Proqram universitetə qəbulu həyata keçirmir. Əvvəl özün siyahıdakı universitetdən qəbul alırsan (və ya artıq orada oxuyursan), sonra dövlət təhsil və yaşayış xərclərini ödəyir. Qəbul məktubu olmadan sənəd təqdim etmək olmur.

Dil sertifikatım yoxdur, müraciət edə bilərəm?

Yalnız IB, A-level və ya AP nəticən müəyyən bal aralığındadırsa dil sertifikatından azadsan. Qalan hallarda tədris dilində C1 sertifikatı lazımdır: IELTS 7.0+, TOEFL iBT 5.0+ (yeni 1–6 şkala), Duolingo 130+ və ya digər C1 sertifikatı (TestDAF, DELF, HSK, TÖMER və s.).

DİM imtahanında iştirak etməmişəm. Yol varmı?

Bəli. SAT və ya ACT-də maksimum nəticənin 75%-i və daha çoxu (SAT 1200+, ACT 27+), beynəlxalq olimpiada medalı, ya da IB / A-level / AP nəticəsi DİM tələbini əvəz edir. DİM ilə gedirsənsə: texniki, təbiət, səhiyyə, kənd təsərrüfatı sahələrində ən azı 400, digər sahələrdə 550 bal.

Hansı xərclər ödənilir?

Təhsil haqqı, viza və qeydiyyat, aylıq yaşayış (ölkəyə görə norma ilə), tibbi sığorta, beynəlxalq aviabilet və bank/kart xərcləri. Ödənişlər "DP 2022–2028 Təqaüd Kartı" ilə edilir; kart təhsilə başladığını təsdiq edən sənədlərdən sonra aktivləşir.

Foundation və ya dil kursu ödənilir?

Xeyr. Hazırlıq (foundation) və dil kursları maliyyələşmir. Qəbul məktubu almaq üçün universitetə ödədiyin məbləğə görə də proqram məsuliyyət daşımır. Cari tədris ili üçün öz hesabına ödədiyin təhsil haqqı isə qəbuldan sonra geri qaytarılır.

Onlayn və ya qiyabi proqram olar?

Xeyr. Yalnız ənənəvi əyani (offline) proqramlar maliyyələşir. Executive, distant, onlayn və non-degree proqramlar qəbul olunmur. İkili diplom (joint degree) yalnız bütün tərəfdaş universitetlər siyahıdadırsa keçir.

Artıq universitetdə oxuyuram. Müraciət edə bilərəm?

Xaricdə oxuyursansa, qalan hissənin maliyyələşməsi üçün müraciət edə bilərsən, bir şərtlə ki, normativ təhsil müddətinin yarısından çoxu keçməyib. Azərbaycanda oxuyursansa, xaricdə yenidən 1-ci kursa qəbul almalısan; bəzi universitetlər Azərbaycanda bitirdiyin kursları nəzərə alır (bax: testin nəticəsində universitet yolları).

Yaş həddi varmı?

Xeyr, yaş meyarı tətbiq olunmur. Amma eyni pillədə təhsilini artıq bitirmiş (məsələn, dövlət hesabına magistr olmuş) şəxslər həmin pillə üzrə yenidən müraciət edə bilməz.

Müsahibə necə keçir?

Sənədləri qəbul olunan namizədlər müsahibəyə çağırılır. Ən azı 3 nəfərlik komissiya (Nazirlik, Dövlət Neft Fondu, dövlət qurumları) ixtisas biliyini, məntiqi düşüncəni, ünsiyyəti və özünəinamı qiymətləndirir; müsahibə Azərbaycan dilində və/və ya tədris dilində keçirilir, audio-video ilə yazılır. Yerlər azdırsa, əvvəl olimpiada qalibləri, sonra yekun bala görə sıralanır. Olimpiada medalçıları müsahibədən azaddır.

Təhsildən sonra öhdəlik varmı?

Bakalavr və magistrlər Nazirliklə müqavilə imzalayır. Doktorantlar əlavə olaraq təhsildən sonra Azərbaycanda universitetdə ən azı 5 il işləmək öhdəliyi götürür (notarial ərizə + yerli universitetin razılıq məktubu). Akademik borc yaranarsa, maliyyələşmə borc bağlanana qədər dayandırılır.

Ailəmi özümlə apara bilərəm? Güzəştlər varmı?

Ailə üzvlərinin yaşayış, nəqliyyat, sığorta və viza xərcləri ödənilmir, təqaüd artırılmır. Sosial statusa görə (məcburi köçkün, şəhid ailəsi və s.) güzəşt və ya imtiyaz nəzərdə tutulmayıb.

"Top-10 universitet" istisnası nədir?

THE, QS və ya ARWU reytinqində ilk 10-da olan universitetlərin siyahıda olmayan proqramları da maliyyələşir (UCL istisnadır). Reytinqlər hər il dəyişir; adətən bu sıraya Oxford, Cambridge, Imperial, Harvard, MIT, Stanford, Caltech, Princeton, Yale, Columbia, Chicago, Penn, ETH Zürich və NUS daxil olur. Bu yol siyahıda olmayan ixtisaslar (məsələn, hüquq, siyasət) üçün əsas imkandır, amma qəbul tələbləri çox yüksəkdir.

EDDE Global Dövlət Proqramının tərəfdaşıdır?

Xeyr. Nazirlik xaricdə təhsil şirkətləri ilə əməkdaşlıq etmir. EDDE Global sənə universitet seçimi, qəbul, dil hazırlığı, DP sənədlərinin hazırlanması və müsahibəyə hazırlıqda kömək edir; Dövlət Proqramına müraciəti isə özün portal.edu.az-da edirsən. Rəsmi məlumat: dp.edu.az.

Mənbə: dp.edu.az rəsmi FAQ (2026). Qaydalar dəyişə bilər; müraciətdən əvvəl rəsmi elanı yoxla.