EDDE Global
Dövlət Proqramı bələdçisiEDDE Global · müstəqil məlumat aləti

Dövlət Proqramı bələdçisi · 2026/27 məlumatları əsasında

Dövlət hesabına xaricdə təhsil: sən uyğunsan?

"Xaricdə təhsil üzrə Dövlət Proqramı" (2022–2028) təhsil haqqını, aylıq yaşayışı, vizanı, sığortanı və aviabileti ödəyir. 2 dəqiqəlik testlə uyğunluğunu yoxla, sənə uyğun proqramları tap, dövlətin sənin üçün təxminən nə qədər ödəyəcəyini hesabla.

Ödənişsiz test4 100+ proqram2 252 qəbul olunanın statistikası

Bu, EDDE Global-ın müstəqil məlumat alətidir; Elm və Təhsil Nazirliyi və ya DPİQ ilə əlaqəli deyil. Rəsmi məlumat və müraciət: dp.edu.az.

Proqram necə işləyir?

Ən vacib qayda: dövlət sənə universitet tapmır. Əvvəl özün siyahıdakı universitetə qəbul alırsan, sonra dövlət xərcləri öz üzərinə götürür.

  1. Siyahıdan universitet və proqram seç2026/27 siyahısında 15 sahə üzrə ~4 100 proqram var. Siyahıda olmayan proqram maliyyələşmir.

  2. Universitetə müraciət et və qəbul alMüraciətlər adətən noyabr–mart aylarında olur. Şərtli qəbul yalnız müəyyən hallarda keçir.

  3. C1 səviyyəli dil sertifikatıIELTS (7.0+), TOEFL, Duolingo (130+) və s. Bakalavrda IB / A-level / AP nəticəsi varsa tələb olunmur.

  4. portal.edu.az-da Dövlət Proqramına müraciətaprel–iyunSənədlər PDF formatında yüklənir. 2026/27 üçün son tarix 05.06.2026 idi.

  5. MüsahibəKomissiya ixtisas biliyini, məntiqi düşüncəni və ünsiyyəti qiymətləndirir. Keçid balı 50 baldan 40-dır.

  6. Müqavilə və maliyyələşməTəhsil haqqı, aylıq yaşayış, viza, tibbi sığorta, aviabilet və bank xərcləri ödənilir.

Uyğunluq testi

8 suala cavab ver, hansı tələbləri artıq ödədiyini və nəyin çatışmadığını gör. Heç bir şəxsi məlumat soruşulmur.

1. Hansı pillədə oxumaq istəyirsən?
2. Hazırkı vəziyyətin
2. Hazırkı vəziyyətin
2. Hazırkı vəziyyətin
3. Akademik göstəriciBunlardan biri kifayətdir. DİM balı: texniki, təbiət, kənd təsərrüfatı, səhiyyə, tibb sahələrində ən azı 400, digər sahələrdə ən azı 550.
3. Bakalavr üzrə orta bal (ÜOMG, 100 ballıq)Tələb: ən azı 81. "Yüksəliş" müsabiqəsinin qalibləri bu tələbdən azaddır.
3. Doktorantura şərtləriDoktorantlar üçün əlavə tələblər
4. Dil sertifikatınTədris dilində ən azı C1 səviyyəsi lazımdır. PTE siyahıda yoxdur.
5. Xarici universitetə qəbulun var?
6. Seçdiyin proqram Dövlət Proqramının siyahısındadır?Aşağıdakı axtarışda yoxlaya bilərsən.
7. Təhsil forması
8. Hədəf ölkən

Proqram axtarışı

2026/27 tədris ili üçün Dövlət Proqramının siyahısı. Hər universitetin yanında 2022–2028 proqramı çərçivəsində ora neçə nəfərin təhsil hüququ qazandığı göstərilir.

Qeyd: Top-10 universitetlərin (THE/QS/ARWU) siyahıda olmayan proqramları da qəbul olunur (UCL istisnadır). "Mədəniyyət və incəsənət" üzrə ayrıca 18 qurum var: Juilliard, Royal College of Music, Royal Academy of Music, Guildhall, NFTS, Goldsmiths, Liszt Academy və s. Siyahı hər il yenilənir; müraciətdən əvvəl rəsmi PDF-i yoxlayın.

Maliyyə kalkulyatoru

Aylıq yaşayış normaları Nazirlər Kabinetinin 218 nömrəli qərarına görədir. Təhsil haqqını öz proqramına görə yaz.

Bilmirsənsə, boş burax: yalnız yaşayış hesablanacaq.

Kim, harada oxuyur? (2022–2028 proqramı)

dp.edu.az-da dərc olunan "təhsil almaq hüququ qazanan iştirakçılar" siyahısı əsasında (2 252 nəfər).

Ölkələr

Ən çox seçilən universitetlər

Magistraturada populyar ixtisaslar

Bakalavrda populyar ixtisaslar

Sentyabr 2027 üçün təqvim

Tarixlər keçən illərin təcrübəsinə əsaslanır və təxminidir; rəsmi elanı dp.edu.az-da izləyin.

  1. İNDİ – DEKABR 2026Universitet və proqram seçimi, IELTS / TOEFL hazırlığı

    Siyahıdan 3–5 proqram seç, C1 üçün dil hazırlığına başla.

  2. NOYABR 2026 – MART 2027Universitetlərə müraciət

    Motivasiya məktubu, CV, tövsiyələr. Məqsəd: qəbul məktubu almaq.

  3. MART – APREL 2027DP sənədlərinin hazırlığı

    2 tövsiyə məktubu (Nazirliyə ünvanlı), sağlamlıq arayışı (AZS-086/1), hərbi sənəd, transkript (ÜOMG), dil sertifikatı.

  4. APREL – İYUN 2027Dövlət Proqramına müraciət (portal.edu.az)

    Elan çıxan kimi sənədləri PDF formatında yüklə. 2026-da son tarix 5 iyun idi.

  5. İYUN – AVQUST 2027Müsahibə, nəticə, müqavilə və viza

    Müsahibəyə hazırlaş: ixtisas, motivasiya, gələcək planların.

  6. SENTYABR 2027Təhsilə başlanğıc

    Təqaüd kartı aktivləşir, aylıq yaşayış xərcləri ödənilir.

EDDE Global bu yolun hansı hissəsində kömək edir?

QəbulSiyahıdan sənə uyğun universitet və proqram seçimi, müraciət, motivasiya məktubu, CV, qəbul məktubu.
C1 dil hazırlığıEDDE Academy-də IELTS, TOEFL, Duolingo hazırlığı: hədəf bala görə plan.
DP sənədləri və müsahibəSənədlərin yoxlanması, tövsiyə məktubu strukturu, müsahibə məşqi.
2018ildən fəaliyyət
400+partnyor universitet
British Councilsertifikatlı agent
ICEFAgency Status (IAS)

✓ Yol xəritən hazırdır!

PDF faylı yükləndi. Məsləhətçimiz tezliklə səninlə əlaqə saxlayacaq və növbəti addımları birlikdə planlaşdıracağıq.

Şəxsi yol xəritəni al (PDF)

Adına hazırlanmış PDF: uyğunluq nəticən, çatışmayanlar, sənəd siyahısı və aylara görə plan. Məsləhətçimiz də səninlə əlaqə saxlayacaq.

Məlumatların yalnız təhsil məsləhəti üçün istifadə olunur.

Tez-tez verilən suallar

Qəbul almadan Dövlət Proqramına müraciət etmək olar?

Xeyr. Müraciət üçün siyahıdakı xarici universitetdən qəbul sənədi (və ya hazırda orada oxuduğunu göstərən arayış) lazımdır. Şərtli qəbul yalnız müəyyən hallarda qəbul olunur: bakalavr üçün ehtimal olunan attestat / Foundation / IB nəticəsi, depozit və ya financial declaration; magistr üçün ehtimal olunan ÜOMG və ya diplom şərti.

Hansı xərclər ödənilir?

Təhsil haqqı və universitetin məcburi tələb etdiyi xərclər, viza və qeydiyyat, aylıq yaşayış (ölkəyə görə norma), tibbi sığorta, beynəlxalq aviabilet, bank və kart xərcləri. Ailə üzvlərinin xərcləri, dil kursları və Foundation proqramı maliyyələşmir.

Onlayn və ya qiyabi proqram olar?

Xeyr. Yalnız ənənəvi əyani (offline) proqramlar maliyyələşir. Executive, distant, non-degree və tərəfdaşı siyahıda olmayan joint degree formaları qəbul olunmur.

Artıq xaricdə oxuyuram, müraciət edə bilərəm?

Bəli, əgər normativ təhsil müddətinin yarısından çoxunu bitirməmisənsə və proqramın siyahıdadırsa. Cari tədris ilinin təhsil haqqı geri ödənilə bilər, əvvəlki illərinki ödənilmir.

Yaş həddi varmı?

Yaş həddi tətbiq olunmur. Amma dövlət hesabına və ya hökumətlərarası təqaüdlə eyni pilləni (məs. magistraturanı) bitirmiş şəxslər həmin pillə üçün yenidən müraciət edə bilməz.

Müsahibə necə keçir?

Komissiya (ən azı 3 nəfər) ixtisas biliyini, məntiqi düşüncəni, ünsiyyət bacarığını və özünəinamı qiymətləndirir. Müsahibə Azərbaycan dilində və/və ya tədris dilində keçirilir. Keçid balı 50 baldan 40-dır. Beynəlxalq olimpiada medalçıları müsahibədən azaddır.

Təhsildən sonra öhdəlik varmı?

Bakalavr və magistrlər Nazirliklə ikitərəfli müqavilə imzalayır; şərtlər müqavilədə və dp.edu.az-dakı "öhdəliklər" bölməsində göstərilir. Doktorantlar təhsildən sonra Azərbaycanda universitetdə ən azı 5 il işləməlidir.

EDDE Global Dövlət Proqramının tərəfdaşıdır?

Xeyr. Nazirlik xaricdə təhsil şirkətləri ilə əməkdaşlıq etmir; Dövlət Proqramına müraciəti tələbə özü portal.edu.az üzərindən edir. EDDE Global universitet seçimi, qəbul, dil hazırlığı və sənədlərin hazırlanmasında müstəqil məsləhətçi kimi kömək edir.